Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa Rusiya prezidenti Vladimir Putinin tutduğu mövqe ilə əlaqədar gələcəkdə
dünyada vəziyyətin proqnozlaşdırılmasının çox çətin olduğunu hesab edir.
“Bu gün müasir dünyanın problemi Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinin daha da gözlənilməz olmasındadır. Bununla əlaqədar yaxın aylarda və illərdə dünyanın necə inkişaf edəcəyini qabaqcadan demək qətiyyən mümkün deyil”, - deyə V.Vike-Frayberqa III Qlobal Açıq Cəmiyyətlər Forumunda bildirib.
Onun sözlərinə görə, bu, əsasən V.Putinin gələcək fəaliyyət proqramının naməlum qalması ilə bağlıdır.
“V.Putinin çıxışında böyük təhlükə var. Bu gün dünyada formalaşan vəziyyət SSRİ-nin süqutundan sonra gözlədiyimizdən əsaslı şəkildə fərqlənir”, - deyə Latviyanın sabiq prezidenti qeyd edib.
V.Vike-Frayberqa vurğulayıb ki, çoxları Sovet İttifaqı süquta uğrayandan sonra Rusiya vətəndaşlarının daha az repressiya sistemi və nəzarət şəraitində yaşayacağını gözləyirdi.
“Biz düşünürdük ki, Qərbdən gələn demokratiya bizə də çatacaq. Ancaq son bir il ərzində, Rusiya Krimi zəbt edəndən sonra dünya düzəni dəyişib. Biz “Putin SSRİ-ni və ya vaxtilə II Yekaterina və I Pyotr tərəfindən qurulan və Stalinin ərazisini genişləndirdiyi Çar Rusiyasını bərpa etmək istəyirmi?” sualına cavab tapmağa çalışırıq”, - deyə sabiq prezident qeyd edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət