Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda mikrosığorta mexanizminin yaradılması və inkişafına texniki yardım ayıra bilər. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatında qeyd edilir.
Assosiasiyanın rəhbərliyi və AİB-in nümayəndələrinin ASA-da görüşü keçirilib.
“Görüşdə Azərbaycanın sığorta bazarında cari vəziyyət, bazarda mövcud problemlər, bu sahənin inkişafı, bu istiqamətdə ASA-nın fəaliyyəti müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, Azərbaycanda mikrosığorta mexanizminin yaradılması və inkişafı, bu istiqamətdə texniki yardımın göstərilməsi məsələləri müzakirə olunub. 2015-ci ilin iyul ayında keçiriləcək Azərbaycan Beynəlxalq Sığorta Forumu (“AİİF-2015”) çərçivəsində seminarın təşkili və mikrosığorta məsələlərinin müzakirəsinə dair razılıq əldə edilib.
Görüşdə, həmçinin yeni sığorta məhsullarının, bank sektoru üçün məhsulların yaradılması, sığorta məhsullarının satış həcminin artırılması məqsədilə yeni kanalların axtarılması, mikromaliyyə təşkilatlarının Azərbaycanın sığorta bazarına cəlb edilməsi məsələləri müzakirə olunub.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə AİB ölkədə 20-dən artıq layihənin həyata keçirilməsi üçün ümumilikdə $2 mlrd.-a yaxın məbləğdə kredit ayırıb.
ASA 2006-cı ilin dekabr ayında iki sığorta cəmiyyətinin – Azərbaycan Sığortaçılar Birliyinin (ASB) və Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqının (ASCİ) birləşməsi nəticəsində yaradılıb. ASA-nın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, həmçinin sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət