SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilə qədər Bakı şəhərini qazdoldurma məntəqələri (QDM) ilə tam əhatə etməyi planlaşdırır. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev cümə günü jurnalistlərə məlumat verib.
“Biz “BakuBus” şirkətinin avtobus parkının yaxınlığında ilk QDM inşa etmişik və tezliklə onun açılışını etməyi planlaşdırırıq. Həmçinin hazırda Zabrat qəsəbəsində ikinci QDM-nin tikintisini həyata keçiririk və 1-1,5 il ərzində Bakı şəhərini QDM şəbəkəsi ilə tam əhatə etməyə çalışacağıq. Gələcəkdə ölkənin əsas avtomobil yollarının hər 180 kilometrində QDM inşa etməyi planlaşdırırıq”, - deyə R.Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında qeyd edib.
Bununla yanaşı, o qeyd edib ki, gələcəkdə SOCAR ölkədə maye qazın pərakəndə satış bazarında 30-35% paya malik olmağı nəzərdə tutur.
Daha əvvəl R.Abdullayeva istinadən verilən məlumata görə, şirkət 2015-ci ildə 6-ya yaxın QDM-ni istifadəyə verməyi planlaşdırır. Azərbaycanda “SOCAR” brendi altında QDM tikintisi layihəsinin reallaşdırılması ilə “SOCAR Petroleum” və “Məişət Maye Qaz” QSC məşğul olur.
Hazırda SOCAR-ın Azərbaycanda yalnız YDM şəbəkəsi fəaliyyət göstərir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət