Qərb dairələrinin Azərbaycanı qaralama cəhdləri “Bakı-2015” Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə mane olmayacaq. Bunu jurnalistlərə bazar ertəsi baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov söyləyib.
“Azərbaycana qarşı yürüdülən qaralama siyasəti I Avropa Oyunlarına kölgə sala bilməyəcək”,- deyə Ə.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan xarici dairələrin tənqidinə alışa bilmir.
“Bir neçə il əvvəl Azərbaycan nüfuzlu “Eurovision” mahnı müsabiqəsini keçirərkən də belə tənqidlərlə üzləşmişdi. Buna baxmayaraq, Azərbaycan bu müsabiqəni çox yüksək səviyyədə keçirərək “ Eurvision” tarixində yeni səhifə açdı”,- deyə Ə.Əhmədov qeyd edib.
Baş nazir deyib ki, Azərbaycan Avropa Oyunlarının keçirilməsinə tam hazırdır.
“Yarış iştirakçıları məlumdur, az vaxtdan sonra onlar öz missiyalarını yerinə yetirəcəklər. Azərbaycanın adı Avropa Oyunlarına ev sahibliyi etmiş ilk ölkə olaraq tarixə yazılacaq”,- deyə Ə.Əhmədov qeyd edib.
Baş nazirin müavini vurğulayıb ki, beynəlxalq birlik I Avropa Oyunlarına ev sahibliyi etməyi öz üzərinə götürmüş Azərbaycana qarşı daha ədalətli münasibət göstərməlidir.
“Lakin biz əks mənzərə görürük. Bu gün ABŞ və Avropanın bir sıra dairələri Azərbaycana qarşı qaralama kampaniyası aparırlar. Onlar bizim bu istiqamətdə həyata keçirdiyimiz işlərin üzərinə kölgə salmağa çalışırlar. Bütün bunların tətbiq olunan ikili standartların təzahürünün olmasına baxmayaraq, bu, Azərbaycanın öz haqq işini həyata keçirməsinə mane olmayacaq”,- deyə Ə.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan ona göstərilən təzyiqlərə baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir.
“Kim buna necə baxır, bu, onun öz işidir. İnanmıram ki, bu, belə kampaniyalarla məşğul olanlara baş ucalığı gətirsin. Aydın görünür ki, onlar həmişə belə missiya ilə məşğul olurlar”,- deyə baş nazirin müavini qeyd edib.
R.Babayev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət