Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Əsasnaməsini təsdiq edib.
Çərşənbə günü rəsmi mətbuatda dərc edilmiş Əsasnaməyə əsasən, ƏMDK sədrinin Azərbaycan Respublikası prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini var.
Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır: müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; Azərbaycan Respublikası ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakını idarə edir və onun barəsində sərəncam verir, dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq məqsədi ilə tədbirlər görür, dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqlarının özəlləşdirilməsini həyata keçirir, dövlət əmlakının və onun barəsində bağlanmış əqdlərin qeydiyyatını aparır, dövlət əmlakının inventarlaşdırılmasını təşkil edir.
Həmçinin komitə özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin edir, özəlləşdiriləcək dövlət müəssisələrinin dövlətsizləşdirilməyə hazırlanması və sağlamlaşdırılması; daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsi sahəsində tədbirlər görür.
ƏMDK müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etməli; dövlət müəssisələrinin nizamnamələrini təsdiq etməli və nizamnamə kapitalında dövlətə məxsus payın miqdarı 20% və ondan artıq olan hüquqi şəxslərin nizamnamələrinin təsdiq edilməsinə razılıq verməli, dövlət əmlakının özəlləşdirilməsinə dair alqı-satqı və girov müqavilələri bağlamalı, onların qeydiyyatını aparmalı və icrasını təmin etməli, torpaq bazarını təşkil etməli, əhali arasında həmin bazarın subyektlərinin hüquq və öhdəliklərinə dair təbliğat aparmalıdır.
Bundan başqa, dövlət başçısı ƏMDK-nın tərkibinə daxil olan bir sıra qurumların - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin əsasnamələrini təsdiq edib.
ƏMDK-nın mərkəzi aparatının və ona daxil olan strukturların ştat cədvəli müəyyən olunub.
Komitənin mərkəzi aparatının əməkdaşlarının say həddi 245, ərazi bölmələri işçilərinin say həddi 345, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti aparatının işçilərinin say həddi 80, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti işçilərinin say həddi 65, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 55, Hərracların Təşkili üzrəAuksion Mərkəzi aparatının işçilərinin say həddi 61 ştat vahidi təşkil edəcək.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət