Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə əhaliyə göstərilən elektron xidmətlərin siyahısını genişləndirib.
“RYTN “Poçt göndərişlərinin izlənilməsi” xidmətini www.e-gov.az portalına inteqrasiya edib. Bu xidmət vasitəsilə “Azərpoçt” MMC-nin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbul, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.
Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13 simvoldan ibarət ştrix-kod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir.
Nazirliyin məlumatına əsasən, “Elektron hökumət” portalı üzərindən göstərilən elektron xidmətlərin sayı 417-yə çatıb. Nazirlər Kabinetinin təsdiq etdiyi elektron xidmətlərin ümumi sayından (452) 333-ü portala inteqrasiya edilib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət