Alim-arxeoloqlar Şəkinin Fazıl kəndində yerləşən “Əbədi sükut dünyası” labirintinin ətrafında növbəti tapıntı aşkar ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu Rayon Mədəniyyət və Turizm Şöbəsinə istinadən məlumat verib.
Arxeoloqlar qazıntılar zamanı məbəd qalıqları, yanında isə uşağın dəfn olunduğu küp qəbir aşkar ediblər. Alimlər tapıntını e.ə II - eramızın I əsrlərinə aid ediblər. Hazırda qəbirdə qazıntı işləri davam etdirilir. Lakin artıq küpün ətrafında basdırılmış müxtəlif məişət avadanlıqları, heyvan sümükləri üzə çıxıb. Arxeoloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meylliliyin yüksək olmasını göstərir. Belə ki, qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür.
Digər sakinin həyətyanı sahəsindən isə qədim məbəd sütunu aşkar edilib. Tapılan sütun bloku 7 güşəli ulduzu xatırladır. Bu tapıntı əhəngdaşından düzəldilib. Məbəd qalıqlarının Alban dövrünə və ya daha əvvəlki, hətta atəşpərəstlik dövrünə aid olduğu güman edilir.
Alimlər müəyyən ediblər ki, təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu “Əbədi sükut dünyası” labirintində tapılan ana və ata bütləri də sübut edir. Digər tərəfdən Fazıl kəndinin adının “müqəddəslər və onların olduğu yer” mənasını daşıdığı qeyd edilir.
İ.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət