Dünya turu çərçivəsində dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya Şokolad Muzeyi" Bakıda da açılır. Bu barədə Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sərgi mayın 16-dan iyunun 28-nə qədər Muzey Mərkəzində keçiriləcək.
200 kvadratmetrlik sahədə ümumi çəkisi 700 kiloqramdan artıq olan yüksək keyfiyyətli 250-dən artıq şokolad məmulatı, o cümlədən şokolad və marzipan heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş şokolad rəsmləri, şokolad miniatür və kompozisiyalar təqdim olunacaq.
Bununla yanaşı, sərgidə şokoladın tarixi ilə tanış olmaq imkanı olacaq.
Bakıdakı sərgisi üçün məşhur şokolatye Nikolya xüsusi olaraq Azərbaycan və Bakıya həsr olunmuş şokoladdan bir sıra sənət əsəri hazırlayıb. Burada 70 kiloqramdan artıq çəkisi olan "Qız qalası" şokolad miniatürü, Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, "FlameTowers" binalarını əks etdirən əsərləri, eləcə də marsipan meyvə və gülləri, şokolad manqalı və digər əsərləri görmək olar.
Sərginin keçirildiyi dövrdə müəllif çəkisi 200 kiloqramdan artıq olan və Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına həsr etdiyi dünyanın ən nəhəng şokolad rəsmini təqdim edəcək.
Bununla yanaşı, o, sərgi zamanı satışa çıxarılacaq xüsusi texnologiya ilə hazırlanmış bir sıra eksklüziv şokolad suvenir məmulatları təqdim edəcək. Öz əli ilə şokolad möcüzələri hazırlamaq istəyənlər üçün isə müəllif tərəfindən ustad dərsləri təşkil olunacaq.
"Nikolya Şokolad Muzeyi" sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. 5 il ərzində sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib.
Biletlərin qiyməti böyüklər (18 yaş) üçün 7 manat, məktəb (6-18) yaşlı uşaqlar üçün 3 manatdır. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Çoxuşaqlı ailələr və 15 nəfərə qədər qruplara endirimlər nəzərdə tutulub.
Hər bir ziyarətçi üçün bir neçə növ şokoladın pulsuz dequstasiyası təşkil olunacaq.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət