“Azərsu” Tərtərşəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb. Bu barədə ASC-nin məlumatında deyilir.
İşlər İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Azərbaycanın 6 - Astara, Daşkəsən, Gədəbəy, Tərtər, Samux, Qazax rayonlarında “Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində həyata keçirilir.
Tərtər şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə 3,6 km uzunluğunda magistral su xətti və hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının tikintisi, 110 km uzunluğunda paylayıcı şəbəkənin yaradılması, 2,959 min smart-kart sayğacın quraşdırılması planlaşdırılır.
Bundan başqa, layihə çərçivəsində şəhərdə kanalizasiya şəbəkəsi yaradılacaq. Bu məqsədlə “Azərsu” 104 km uzunluğunda kanalizasiya xətti, 2,672 min kanalizasiya quyusunun tikintisi, 8,1 km uzunluğunda kanalizasiya kollektorununinşası planlaşdırılır. Həmçinin Tərtər şəhərində yaranan tullantı suların Bərdə şəhəri yaxınlığında inşa ediləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcəyi planlaşdırılır.
“Tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur. Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su və kanalizasiyaxidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində, həmçinin 21 min nəfərin yaşadığı rayonun 11 kəndinin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. “Azərsu” ASC hazırda şəhərin 19 min sakinindən 11 min nəfərinə və ya əhalinin 58%-nə xidmət göstərir. Şəhər əhalisinə içməli su gündəlik 8 saatlıq qrafik əsasında verilir. Tərtər şəhərində kanalizasiya sistemi mövcud deyil.
N.Abbasova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət