Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ildə respublikada dənli bitkilərin istehsal həcminin 20-30% artımını proqnozlaşdırır. Bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çərşənbə günü mətbuat konfransında məlumat verib.
“Ötən il hava şəraitinin quraq keçməsi ilə əlaqədar dənli bitkilərin istehsalı ilə bağlı porblemlər var idi. Biz zərər çəkmiş fermerlərin siyahısını öyrənmişik, həmin fermerlərin bir hissəsi kompensasiya alıb, xüsusilə onlara toxumlar pulsuz verilib”, - deyə İ.Quliyev bildirib.
Onun sözlərinə görə, bu il nazirlik respublikada quraqlıq olacağını gözləmir.
“Bununla əlaqədar ümid edirik ki, dənli bitkilərin yığımı vaxtında başlayacaq. Mütəxəssislərimizin proqnozlarına əsasən, bu il taxıl istehsalı 20-30% artacaq. Bütövlükdə digər kənd təsərrüfatı bitkilərinin də istehsalında artım gözlənilir”, - deyə nazir müavini əlavə edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda 2 mln. 179,7 min ton dənli və dənli- paxlalı bitki, 203,6 min ton qarğıdalı yığılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət