Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti
və genişlənmə üzrə komissarı Yohannes Han Qarabağ münaqişəsinin həlli məqsədilə Bakı ilə İrəvan arasında etimadın qurulmasının vacibliyini qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin xüsusi müxbiri məlumat verib.
“Bu münaqişə uzun illərdir davam edir, atəşkəs rejimi mütəmadi olaraq pozulur. Bununla əlaqədar etimadın qurulmasına dair tədbirlərin həyata keçirilməsi çox vacibdir. Gənclər keçmişin yükünün öhdəsindən gəlməlidirlər”, - deyə Y.Han çərşənbə günü Riqada keçirilən mətbuat konfransında bildirib.
Bütövlükdə komissar “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin suverenliyinə təhdid və ərazi münaqişələri kimi çağırışlara qarşı mübarizənin əhəmiyyətini qeyd edib.
Azərbaycanla münasibətlərin vəziyyəti barədə danışan Y.Han “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində respublika ilə uğurlu əməkdaşlığa başlanıldığını bildirib.
“Avropa İttifaqı Azərbaycanla uğurlu strateji enerji tərəfdaşlığına başlayıb. Bu proqramın icrasına başlanandan təsirli nəticələr əldə etmişik”, - deyə Avropa komissarı vurğulayıb.
O qeyd edib ki, “Şərq Tərəfdaşlığı” hər hansı bir üçüncü tərəfə qarşı yönəlməyən sülh əməkdaşlığı üçün meydançadır.
Y.Han vurğulayıb ki, Aİ bundan sonra da “Şərq Tərəfdaşlığı” ölkələri ilə fərqli yanaşma prinsipi əsasında əməkdaşlığa davam edərək, bu proqram çərçivəsində qarşılıqlı əlaqələrə sadiq qalacaq.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət