Şəmkirdə əvvəlki illərlə müqayisədə bu il qəbul imtahanlarına sənəd verənlərin sayı artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Bu il Şəmkirin orta məktəblərindən 2292 şagird 11-ci sinif məzunu olacaq. 9-cu sinfi bitirənlərin sayı isə 2495 nəfərdir. Rayon üzrə orta məktəbləri bu il bitirəcək şagirdlərdən 1500-ə yaxını müxtəlif ixtisas qrupları üzrə ali məktəblərə sənəd verib”, – deyə Şəmkir Rayon Təhsil Şöbəsinin müdir müavini Cəlal Hüseynov bildirib.
O qeyd edib ki, buraxılış siniflərinin mərkəzləşmiş qaydada imtahan verməsi üçün 6 mərkəz yaradılıb. Bunlardan 3-ü rayon mərkəzində, digərləri isə kənd və qəsəbələrdə olacaq.
“Hər il qəbulun nəticələri müsbət tendensiya göstərir. Misal üçün, ötən dərs ilinin yekunlarına görə ilk dəfə olaraq bir məzunumuz prezident təqaüdünə layiq görülüb. Çox güman ki, bu il də eyni uğurları əldə edəcəyik”, – deyə C.Hüseynov qeyd edib.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət