“Bank VTB” “VTB Bank (Azerbaijan)” ASC-yə kapitalını artırmaq üçün 300 mln. rubl (6,2 mln. manat) məbləğində subordinasiya krediti verib. Bu barədə “VTB Bank (Azerbaijan)” ASC-nin məlumatında deyilir.
Subordinasiya krediti 7 il müddətinə verilib və bu vəsaitlər “VTB Bank (Azerbaijan)” ASC-nin məcmu kapitalının artırılmasına yönəldiləcək.
“Cəlb olunmuş vəsait “VTB Bank (Azerbaijan)”ın hər zaman baş ofis tərəfindən dəstəkləndiyinin göstəricisidir. Məcmu kapitalın artırılması biznesin inkişaf templərini dəstəkləməyə və kreditləşmə imkanlarını artırmağa kömək edəcək”, - deyə məlumatda “VTB Bank” (Azerbaijan) ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlevə istinadən bildirilir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət