Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 2015-ci ilin payızında kanalların analoq rejimində yayımını dayandırmağı planlaşdırır. Bu barədə cümə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.
“Biz artıq analoq rejimində yayımı dayandırmağa hazırıq və bunu iyun ayında həyata keçirməyi planlaşdırırdıq. Lakin Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq biz bu prosesi təxirə saldıq. Hesab edirik ki, MilliTeleviziya və RadioŞurası ilə müzakirələrdən sonra biz kanalların analoq yayımını dayandıracağıq”,- deyə Ə.Abbasov qeyd edib.
Onun sözlərinə görə, hazırda bir çox ölkələrdə analoq yayımdan rəqəmsal yayıma keçidə qoyulan müddətdə ləngimələr mümkündür.
“Beynəlxalq Rabitə İttifaqının tövsiyələrinə əsasən, ümumilikdə dünyada analoq yayımdan rəqəmsal yayıma keçid 2015-ci ilin sonuna qədər başa çatmalıdır. Lakin dünyanın bir çox ölkələrində bu məsələ ilə bağlı problemlər var və xüsusən yoxsul ölkələr bunu həyata keçirə bilmirlər. Sevindirici faktdır ki, Azərbaycan bu istiqamətdə görülmüş işlər sayəsində inkişaf etmiş ölkə kimi qiymətləndirilir”, - deyə nazir qeyd edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət