“Meqa Sığorta” şirkəti bazar ertəsi 2,5 mln. manatlıq səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Xəbər verildiyi kimi, əlavə emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 20,8% - 14,5 mln. manata qədər artacaq.
“Meqa Sığorta” şirkəti 1 iyun 2015-ci il tarixindən etibarən bazarın alternativ seqmentində səhmlərin yerləşdirilməsinə başlayır", - deyə birjadan bildiriblər.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 5 min manat olan 500 ədəd səhmə bölünüb.
Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "AzFinance İnvest" MMC çıxış edir.
Əlavə emissiya səhmlərinin yerləşdirilməsinin 31 dekabr 2015-ci il tarixində başa çatması nəzərdə tutulur.
Hazırda “Meqa Sığorta”nın nizamnamə kapitalı 12 mln. manata bərabərdir.
“Meqa Sığorta” 2010-cu il oktyabrın 1-dən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Səhmdarları 6 fiziki şəxsdir.
2015-ci ilin birinci rübündə şirkətin sığorta haqları 6 mln. 295,315 min manat, ödənişləri 462,871 min manat təşkil edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət