Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının ilk iclası keçirilib.
İclası açan Elmi Şuranın sədri, BANM-in rektoru Elmar Qasımov Elmi Şura üzvlərini salamlayıb və Şuranın ilk iclasının keçirilməsi münasibətilə onları təbrik edib. BANM-də Ali Məktəbin Elmi Şurasının yaradılmasının zəruriyyətindən söz açan E.Qasımov, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qısa zaman ərzində ölkəmizin nüfuzlu ali məktəblərinin siyahısına daxil olduğunu bildirib. Yüksək səviyyəli, beynəlxalq standartlara uyğun təhsilin verildiyi BANM-də elmin inkişafından və elmi nailiyyətlərin tədbiqindən danışıb. O, deyib ki, hər bir ali məktəbdə təhsil və elm birgə vəhdətdə inkişaf etməlidir, elmi istiqamətdə müxtəlif kəşflər və nailiyyətlər olmalıdır. BANM-də ölkəmizin tanınmış elm adamlarının neft-qaz və kimya sənayesi, o cümlədən avtomatlaşdırılma üzrə dünya şöhrətli, nüfuzlu alimlərin çalışdığını deyən E.Qasımov onların BANM-in Elmi Şurasına öz töhfələrini verəcəyindən əminliyini ifadə edib.
SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu əlamətdar hadisə münasibəti ilə BANM-in rəhbərliyini, kollektivi, o cümlədən Elmi Şuranın üzvlərini təbrik edərək, Şuranın ilk iclasının işində uğurlar arzulayıb.
Sonra E.Qasımov iclasın gündəliyində olan məsələləri elan edib. Şura üzvləri arasında gündəlikdə olan məsələlər və gündəliyə əlavə məsələlər salınması üçün təkliflər ətrafında geniş müzakirələr aparılıb. BANM-in Elmi Şurası haqqında Əsasnaməsi və Qaydaları təsdiqlənib, həmçinin kadr təyinatı, Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanım Cəfərovanın “Mathematics-1” fənnindən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün tərtib etdiyi dərs vəsaitinin müzakirəsi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Yekunda müzakirə olunan məsələlər səsverməyə qoyulub və açıq səsvermə yolu ilə qərar qəbul olunub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət