Azərbaycanda 10 kateqoriyadan olan uşaqlar aylıq və birdəfəlik sosial müavinətlə təmin olunurlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
Məlumatda qeyd olunur ki, Azərbaycanda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara, ailə başçısını itirmiş ailələrdəki uşaqlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinət təyin olunur.
Ümumilikdə 140 minə yaxın uşağa görə aylıq sosial müavinət ödənilir.
Uşağın doğulmasına görə ailələrə birdəfəlik müavinət verilir ki, bu müavinət növü cari ilin birinci rübündə 26 min nəfərə yaxın uşağı əhatə edib.
Qeyd olunanları, eləcə də ünvanlı dövlət sosial yardım ödənişlərini nəzərə alaraq, ümumilikdə 400 mindən çox uşaq ƏƏSMN tərəfindən birbaşa sosial təminat növləri ilə əhatə olunub. Yəni ölkədə sosial müavinət və ünvanlı sosial yardımla təmin olunanların təqribən 45%-ni uşaqlar təşkil edir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət