Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası bazar ertəsi keçirilən iclasda fondun 2014-cü il büdcəsinin icrası layihəsinə baxıb. Bu barədə ARDNF-in məlumatında deyilir.
Müşahidə Şurası iclasda ARDNF-in maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, fondun 2014-cü il büdcəsinin icrası məsələlərinə baxıb.
“Şura fondun 2014-cü ildəki fəaliyyəti haqqında illik hesabatına və maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PriceWaterhouseCoopers”) hesabatına baxaraq onları məqbul hesab edib və Neft Fondunun 2014-cü il büdcəsinin icrası layihəsinin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
İclasda Azərbaycanın baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadə növbəti müddətə ARNDF-in Müşahidə Şurasının sədri seçilib.
Xəbər verildiyi kimi, 2014-cü ildə fondun gəlirləri 12 mlrd. 731 mln. manat, xərcləri 10 mlrd. 117,2 mln. manat təşkil edib.
1999-cu ildə yaradılan Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət