Azərbaycan neft hasilatının illik həcmini 40-45 mln. ton həcmində saxlamağa çalışacaq. Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev çərşənbə günü Bakıda “Caspian Oil&Gas 2015” konfransında çıxışı zamanı söyləyib.
“Hazırda ölkədə neft hasilatı 42 mln. ton təşkil edir. Biz neft hasilatını ildə 40-45 mln. ton səviyyəsində saxlamağa çalışacağıq”, - deyə o qeyd edib.
N.Əliyevin sözlərinə görə, ölkədə qaz hasilatının illik həcmi 29 mlrd. kubmetr təşkil edir.
“Lakin Azərbaycanın böyük qaz potensialı var və biz bir neçə il ərzində bu göstəricini ikiqat artırmaq istəyirik”,- deyə nazir bildirib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmini məsələsində rolu barədə danışan N.Əliyev söyləyib ki, Avropa hər il enerji resurslarının idxalına 1 mlrd. avro sərf edir. Bununla yanaşı, hər il təbii 60% təbii qaz və 42% daş kömür idxal olunur.
“2035-ci ilə qədər Avropaya enerji resurslarının idxal həcmində əhəmiyyətli artım proqnozlaşdırılır. Alternativ enerji bu tələbatı ödəyə bilməz. Avropanın əsas problemi ondadır ki, o, Rusiya qazından asılıdır və bu asılılığı azaltmaq üçün yeni qaz mənbələri, qaz nəqli marşrutlarının genişləndirilməsi lazımdır”, - deyə o bildirib.
N.Əliyev qeyd edib ki, Azərbaycan bu hər iki amili özündə birləşdirir və enerji resurslarının Mərkəzi Asiyadan da tranzitini təmin edərək Şərqlə Qərb arasında körpü rolunu oynayır.
Bundan başqa, bizim layihələrimizi daim dəstəkləyən ABŞ da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu etiraf edir “,- deyə N.Əliyev qeyd edib.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət