2015-ci ilin may ayına olan vəziyyətə görə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi də daxil olmaqla, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində tikinti işləri 40% icra olunub. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel çərşənbə günü Bakıda “Caspian Oil&Gas 2015” konfransında çıxışı zamanı bildirib.
“Bu işlərin icrasına 12,5 min nəfər cəlb olunub, onların 85%-i Azərbaycan vətəndaşlarıdır. Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qabaqlayıcı qazma proqramı üzrə 8 qabaqlayıcı quyu qazılıb”, - deyə Q.Birrel qeyd edib.
Onun sözlərinə görə, Heydər Əliyev adına ATA tikinti meydançası və Bakı Dərin Özüllər Zavodunda “Mərhələ-2” çərçivəsində tikinti işlərinin icrası üçün istifadə olunan infrastrukturun modernləşməsinə $180 mln.-dan artıq məbləğdə sərmayə yatırılıb.
“Şahdəniz” konsorsiumunun “Mərhələ-2” çərçivəsində imzaladığı podratçı müqavilələrin ümumi həcmində Azərbaycan kapitallı şirkətlərlə ümumilikdə $5,5 mlrd.-dan artıq məbləğdə müqavilə imzalanıb”, - deyə o vurğulayıb.
Q.Birrel əlavə edib ki, bütövlükdə “BP-Azerbaijan” şirkəti və onun Azərbaycanda layihələr üzrə tərəfdaşları indiyədək təhsil, mədəniyyət, idman, ətraf mühitin mühafizəsi sahəsində müxtəlif sosial proqramlara və yerli icmaların dəstəklənməsinə $70 mln. vəsait yönəldib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), SOCAR (16,7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Uzunluğu 690 km olan Cənubi Qafqaz Boru Kəməri magistralı (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətidir.
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Türkiyə və Avropaya ildə 16 mlrd. kubmetr qazın nəqlinin təmin edilməsi üçün boru kəmərinin ötürmə qabiliyyətinin (hazırda 8 mlrd. kubmetr - İF-Az) genişləndirilməsini nəzərdə tutur. Genişləndirmədən sonra boru kəmərinin ötürümə qabiliyyəti ildə 25 mlrd. kubmetrə çatacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət