Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015”in başlamasına sayılı günlər qalır. Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb.
Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.
Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobillə “Sadko” limanına gəldilər.
Burada şəhər ictimaiyyətinin nümayəndələri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan aldı.
Azərbaycan Prezidenti İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul etdi.
Dənizkənarı Milli Parka toplaşanlar məşəllə irəliləyən dövlətimizin başçısını “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışladılar.
Azərbaycan Prezidenti birinci Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim etdi.
Bununla da birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti başladı.
Qürurverici çoxsaylı idman yarışlarını özündə birləşdirən birinci Avropa Oyunlarının məşəlinin Bakı marşrutunun növbəti məkanı möhtəşəm Ağ Şəhər bulvarı oldu. Çoxsaylı məşəlçilərin bir-birinə ötürdükləri “Bakı-2015”in məşəli estafet boyunca böyük coşqu ilə qarşılandı. Ağ Şəhər bulvarına səyahətini başa çatdıran məşəl yenidən paytaxtın mərkəzinə doğru irəlilədi.
Paytaxtın Neftçilər prospekti daha izdihamlı idi. “Bakı-2015”in məşəlçisi şərəfinə layiq görülmüş xalq artisti Arif Babayev burada məşəli Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim etdi.
Süvarilərin müşayiəti, bu unudulmaz anların sevincini yaşayan çoxsaylı insanların sürəkli alqışları altında birinci xanım Mehriban Əliyeva məşəli Montröy Beynəlxalq caz festivalının qalibi, əməkdar artist, “Zirvə” dövlət mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabskiyə ötürdü.
Sonra məşəli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva daşıdı.
Sərbəst güləş üzrə Avropa çempionu, yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalçısı İqbal Hacızadədən “Bakı-2015”in məşəlini Arzu Əliyeva qəbul etdi.
Sərbəst güləş üzrə dünya və Avropa çempionatlarının qalibi Hacı Əliyev məşəli növbəti estafetçiyə - Heydər Əliyevə təqdim etdi.
“Bakı-2015”in məşəlini bir-birinə ötürən məşəlçilərin estafeti Dövlət Bayrağı Meydanından və “Baku Crystal Hall”dan keçərək açılış mərasiminə qədər gecələr saxlanılacaq məkana – Qız Qalasına gətirildi. Burada məşəli sonuncu estafetçi - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayevdən qəbul etdilər.
Ümumilikdə şəhər boyunca məşəl 16 kilometr məsafədə 100 məşəlçi tərəfindən daşındı.
Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dedi: “Məşəl səyahəti ötən altı həftə ərzində Azərbaycan ictimaiyyətinin Avropa Oyunları barədə məlumatını artırıb. Bu axşam keçirilən şənliklərdə digər bölgələrin əhalisi kimi, Bakı sakinlərinin və şəhərimizin qonaqlarının da böyük maraqla iştirak etdiyini görmək möhtəşəm duyğular yaradır. Açılış mərasimi ərəfəsində paytaxt Bakıda məşəl səyahəti insanlarda maraq hissini gücləndirir. Əminəm ki, növbəti dörd gün ərzində Bakının bütün füsunkarlığını bu mərasimlərdə bir daha əyani görəcəyik”.
AZƏRTAC
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət