“Azərmarka” şirkəti Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 150 illiyi ilə əlaqədar poçt markası buraxıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilir.
Markalar göy rəngdədir, üzərində ITU-nun loqotipi və Yer kürəsinin, həmçinin müxtəlif rabitə vasitələrinin təsviri var.
Markanın nominal dəyəri 50 qəpik təşkil edir.
ITU telekommunikasiya və radio sahəsində tövsiyələri müəyyən edən, həmçinin radiotezliklərin beynəlxalq istifadə məsələlərini tənzimləyən (radiotezliklərin təyinat və ölkələr üzrə paylanması) beynəlxalq təşkilatdır. 1865-ci ildə Beynəlxalq Teleqraf İttifaqı kimi təsis edilib, 1947-ci ildən etibarən BMT-nin ixtisaslaşmış idarəsi kimi fəaliyyət göstərir.
ITU-ya 193 ölkə, eləcə də sektorlar və assosiasiyalar üzrə (elm-sənaye müəssisələri, dövlət və özəl rabitə operatorları, radioyayım şirkətləri, regional və beynəlxalq təşkilatlar) 700-dən artıq üzv daxildir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət