2015-ci ilin yanvar-may aylarında Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 6 mlrd. 425 mln. 621,97 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
Əməliyyatların əsas hissəsi törəmə qiymətli kağızlarla həyata keçirilib, 2015-ci ilin yanvar-may aylarında onların həcmi 5 mlrd. 79 mln. 112,288 min manat təşkil edib (2014-cü ilin yanvar-may aylarında bu cür əməliyyatlar həyata keçirilməyib - İF-Az).
Komitənin məlumatına görə, yanvar-may aylarında Azərbaycanda korporativ qiymətli kağızlarla əməliyyatların həcmi 34% - 1 mlrd. 229 mln. 179,153 min manata qədər artıb.
Xüsusilə səhmlərlə əməliyyatların həcmi 208 mln. 948,396 min manat (azalma 72%), o cümlədən ilkin bazarda 128 mln. 183,982 min manat (azalma 82%), təkrar bazarda 80 mln. 764,414 min manat (artım 5,8 dəfə) təşkil edib.
Hesabat dövründə korporativ istiqrazlarla əməliyyatların həcmi 9% - 1 mlrd. 20 mln. 230,757 min manata qədər azalıb, o cümlədən ilkin bazarda manatda nominallaşdırılmış istiqrazlarla əməliyyatların həcmi 92 mln. 229,371 min manat (artım 42%), ilkin bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 1 mln. 615,735 min manat (azalma 2 dəfə), təkrar bazarda manatda nominallaşdırılmış istiqrazlarla 926 mln. 385,651 min manat (artım 2,8 dəfə) təşkil edib.
Komitənin məlumatına görə, yanvar-may aylarında dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 97% - 117 mln. 330,528 min manata qədər azalıb.
Xüsusilə hesabat dövründə Maliyyə Nazirlyinin istiqrazları ilə əməliyyatların həcmi 14 mln. 941,881 min manat (azalma 73%) təşkil edib, repo əməliyyatları 97% - 102 mln. 415,647 min manata qədər azalıb.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda qiymətli kağızlarla əməliyyatların həcmi 2013-cü illə müqayisədə 50% - 13,2 mlrd. manata qədər artıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət