2015-ci ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 6 mlrd. 416,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-may aylarında kapital qoyuluşlarının ümumi həcmindən 4 mlrd. 151,1 mln. manat (bütün investisiyaların 64,7%-i) istehsalat təyinatlı obyektlərin, 2 mlrd. 265,2 mln. manat (bütün investisiyaların 35,3%-i) xidmət sahəsində obyektlərin inşasına yönəldilib.
Hesabat dövründə kapital qoyuluşlarının ümumi həcmindən 2 mlrd. 625,3 mln. manat (bütün investisiyaların 40,9%-i) xarici investisiyaların, 3 mlrd. 791 mln. manat (bütün investisiyaların 59,1%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-may aylarında neft sektoruna 2 mlrd. 758,8 mln. manat (bütün kapital qoyuluşlarının 43%-i), qeyri-neft sektoruna 3 mlrd. 657,5 mln. manat (bütün kapital qoyuluşlarının 57%-i) həcmində investisiya qoyulub.
Hesabat dövrü ərzində tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 4 mlrd. 934,1 mln. manat və ya bütün kapital qoyuluşlarının 76,9%-ni (artım 12%) təşkil edib.
Cari ilin yanvar-may aylarında dövlət müəssisə və təşkilatları tərəfindən 1 mlrd. 867,1 mln. manat (bütün investisiyaların 29,1%-i), özəl müəssisə və təşkilatlar tərəfindən 4 mlrd. 549,2 mln. manat (bütün investisiyaların 70,9%-i) həcmində kapital qoyuluşları həyata keçirilib.
Yanvar-may aylarında müəssisə və təşkilatların vəsaitləri hesabına 4 mlrd. 604,6 mln. manat (artım 33,8%), bank kreditlərinin hesabına 248,1 mln. manat (artım 12,5%), büdcə vəsaitlərinin hesabına 1 mlrd. 236,4 mln. manat (azalma 44,9%), büdcədənkənar fondların vəsaitləri hesabına 107,5 mln. manat (azalma 6,9%), əhalinin vəsaitləri hesabına 163,3 mln. manat (artım 22,3%), digər mənbələr hesabına 56,4 mln. manat (artım 63,3%) həcmində kapital qoyuluşları həyata keçirilib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət