Azərbaycan idmançısı Mariya Stadnik 48 kiloqramadək çəki dərəcəsində qadın güləşçilər arasında çempion olub.
Final görüşündə o, Bolqarıstan güləşçisi Elitsa Yankovaya 12:1 hesabı ilə qalib gəlib.
Bu çəki dərəcəsində bürünc medalı rusiyalı idmançı Valentina İslamova Brik qazanıb.
Finala gedən yolda dördqat Avropa çempionu, dünya çempionu, Pekin və London Olimpiya Oyunlarının qalibi M.Stadnik portuqaliyalı Liliana Koşta Dos Santos (12:2), fransalı Jüli Sabati (11:0) və polşalı İvona Matkovskayanı (8:2) məğlub edib.
I Avropa Oyunlarında Rusiya yığması komanda hesabında liderlik edir (8 qızıl, 1 gümüş, 3 bürünc medal). İkinci yeri Azərbaycan (7-2-6), üçüncü yeri Türkiyə (4-2-6) komandaları tutur.
Azərbaycan yığma komandasının tərkibində karateçilər Firdovsi Fərzəliyev, Rafael Ağayev, İrina Zaretska, Ayxan Mamayev, “yunan-Roma” güləşçisi Rəsul Cunayev və Elvin Mürsəliyev qızıl, Rafiq Hüseynov və SabahŞəriəti gümüş, karateçilər İlahə Qasımova və Niyazi Əliyev, “yunan-Roma” güləşçisi Elman Muxtarov və Həsən Əliyev, triatlonçu Rostislav Pevtsov bürünc medal qazanıblar. Azərbaycanın idman gimnastikası üzrə kişilərdən ibarət yığması - Oleq Stepko, Eldar Səfərov və Pyotr Paxnyuk da bürünc medala layiq görülüblər.
Birinci Avropa Oyunları 12-28 iyun tarixlərində keçirilir. Oyunlar 20 idman növünü əhatə edir. Bunlardan 16-sı Olimpiya idman növüdür.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 50 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılır.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət