2015-ci ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 88 mln. 655,4 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2015-ci ilin yanvar-may aylarında qeyri-neft yük daşımalarının həcmi 2,7% - 62,2 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 78% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2015-ci ilin yanvar-may aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4,7% artıb.
Hesabat dövründə dəmir yolu ilə 7 mln. 521,4 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 10,5% azdır.
Cari ilin yanvar-may aylarında dəniz nəqliyyatı ilə 3 mln. 123,4 min ton (azalma 24,8%), avtomobil nəqliyyatı ilə 51 mln. 492 min ton (artım 6,5%), hava nəqliyyatı ilə 49,6 min ton (artım 15,9%) müxtəlif yük daşınıb.
Qeyd olunan dövrdə daxili neft kəmərləri vasitəsilə 19 mln. 442,8 min ton neft (azalma 1,6%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 76,8%-i və ya 14,9 mln. ton Bakı-Tbilisi-Ceyhan neft kəmərinin payına düşüb. 2015-ci ilin yanvar-may aylarında BTC neft kəməri ilə 3 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət