Gədəbəy rayonunda müəllim çatışmazlığı müşahidə olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Gədəbəy Rayon Təhsil Şöbəsi tərəfindən bu il 71 vakant yer üçün Təhsil Nazirliyinə müraciət edilib.
“Rayon mərkəzindən 20 kilometr uzaqda yerləşən məktəblərdə dərs deyən müəllimlərə verilən 60 manat vəsait 160 manata qədər qaldırılıb", – deyə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Naibov bildirib.
2014-2015-ci dərs ilində Gədəbəy rayonu üzrə 862 şagird 11-ci sinfi bitirərək məzun adını qazanıb. Onlardan 400 nəfərə yaxını ali məktəblərə sənəd verib.
“Rayon ərazisində 10222 şagirdin təhsil səviyyəsini yüksəltmək üçün bu günə qədər 73 məktəbdən 70-i yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. 55 tam orta və 18 ümumi orta məktəbin yüksək sürətli internet, siniflərin kompüterlə təmin olunması istiqamətində işlər görülüb”, – deyə şöbə müdiri əlavə edib.
F. Mehdiyev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət