17 iyun 2015, Bakı - "Azərbaycan Hava Yolları" (AZAL) qürur hissi ilə xəbər verir ki, dünyaca məşhur və Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən nüfuzlu konsaltinq şirkəti olan "Skytrax" Azərbaycanın milli daşıyıcısını nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb.
AZAL bu statusa Skytrax-ın xidmət keyfiyyəti və səviyyəsini qiymətləndirən müstəqil beynəlxalq auditinin nəticələrinə əsasən layiq görülüb.
"Skytrax" şirkətinin aviaşirkətlərin reytinqi üzrə şkalası 1-dən 5-ə kimi ulduz təşkil edir və aviasiya ictimaiyyəti tərəfindən xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində obyektiv və təkzibedilməz meyar kimi qəbul edilir.
Skytrax-ın cari reytinqinə görə, ümumilikdə dünyada "4 Ulduz" reytinqli 35 aviaşirkət qeydə alınıb ki, bunların da arasında Emirates, Air France, Lufthansa, Turkish Airlines, KLM, British Airways, Japan Airlines və digər tanınmış qlobal daşıyıcılar var. İndi isə bu layiqli sırada AZAL da öz şərəfli yerini tutacaq.
Son vaxtlara qədər Şərqi Avropa və MDB ölkələri arasında "4 Ulduz" reytinqli yalnız bir daşıyıcı qeydə alınıb.
"4 Ulduz" reytinqinə layiq görülmədən öncə aviaşirkət müstəqil beynəlxalq auditorlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyar üzrə qiymətləndirilib.
Bütövlükdə aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri qiymətləndirilib.
Təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarənin göyərtəsində əyləncə; heyət üzvlərinin uniformaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə qiymətləndirilib. Dyuti-Fri (Duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, bortda qidalanmanın keyfiyyəti və oturacaqların rahatlığının qiymətləndirilməsi də diqqətdən kənar qalmayıb.
Hazırda AZAL bütün bu komponentlər üzrə yüksəkdədir!
Bundan əlavə, Azərbaycan milli daşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan “World Airline Awards” mükafatına namizədliyi verilib. "Air France" və "Delta Air Lines" kimi qlobal daşıyıcılar arasında AZAL şərəfli ikinci yerdədir.
Aviaşirkətə "4 Ulduz" reytinqinin və "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" mükafatının verilməsi xəbərinin İlk Avropa Oyunları müddətində gəlməsi aviaşirkətin rəhbərliyi və şirkətin bütün əməkdaşları üçün xüsusilə sevindirici haldır. Bu, şirkətin bütün heyətinin zəhmətkeş və gündəlik əməyinin, göstərilən xidmətlərin səviyyəsinin artırılması və sərnişinlərin qayğısına qalmaq üçün göstərilən daimi və yorulmaz səylərinin sübutudur.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət