İyunun 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda ümumtəhsil müəssisələrinin 33 mindən artıq 9 və 11-ci sinif məzunu “2” qiymət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK)mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, 8215 nəfər IX sinif məzunu Ana dili və 8239 nəfər Riyaziyyat fənlərindən “2” qiymət alıb.
1214 nəfər IX sinif məzunu Ana dili və 1473 nəfər Riyaziyyat fənlərindən “5” qiymət alıb. Ümumilikdə buraxılış imtahanında 20,468 nəfər iştirak edib.
Bundan başqa, 5595 nəfər XI sinif məzunu Ana dili və 6044 nəfər riyaziyyat, 4964 nəfər xarici dil fənlərindən “2” qiymət alıb.
Məlumat verilir ki, 1932 nəfər XI sinif məzunu Ana dili, 1692 nəfər Riyaziyyat fənlərindən “5” qiymət alıb. Ümumilkdə imtahanda 17,254 min məzun iştirak edib.
IX sinif məzunlarına hər fənn üzrə (Ana dili və riyaziyyat) 30 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib. 717 nəfər imtahana gəlməyib, 6 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. İştirakçılardan 14 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
XI sinif məzunlarına isə hər fənn üzrə (Ana dili,riyaziyyat və xarici dil) 30 test tapşırığı təqdim olunub. Şagirdlərə təqdim edilmiş mövzü üzrə yazı işi yerinə yetiriblər. İmtahanın ümumi müddəti165 dəqiqə müəyyən edilib. 868 nəfər imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. İştirakçılardan 18 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.
2, 6, 11 və 16 iyun tarixlərində Bakı və respublikanın regionlarında IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət