Bakıda ilk Avropa Oyunlarının açılış mərasimi Azərbaycan sakinlərinin böyük marağına səbəb olub. «Rəy» Monitorinq Mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri bundan xəbər verir.
Sorğunun nəticələrinə görə, əgər 2014-cü il iyunun 14-16-da keçirilmiş sorğu zamanı ölkə əhalisinin yalnız yarısı bu yarışı izləmək niyyətində olduğunu deyirdisə, açılışdan sonra rəyi soruşulanların 82%-i mərasimi izlədiklərini qeyd edib.
Açılış mərasiminə baxanların 93%-i şounu televiziya vasitəsilə, 1%-ə qədəri stadiondan, 6%-ə qədəri isə internet vastəsilə izləyib.
“Gözlənildiyi kimi, rəyi soruşulanların əksəriyyəti - 77%-i açılış mərasiminin onlarda qürur hissi doğurduğunu, 13%-i belə səviyyəli yarışlardan həzz aldıqlarını qeyd edib. Cəmi 4%-ə qədər respondent onlar üçün heç bir fərqin olmadığını və buna əhəmiyyət vermədiklərini, bir o qədəri də heç bir hiss keçirmədiklərini bildirib. Rəyi soruşulanların yalnız 2%-i bu cür yarışların keçirilməsindən narazılıq bildirib. Ölkə əhalisinin 80%-ə qədəri oyunları izləyəcəkərini, 12%-i idmanla maraqlanmadığını, 8%-i isə hələlik bir qərara gəlmədiklərini deyib”, - deyə Monitorinq Mərkəzi qeyd edir.
Respondentlərin 91%-i Oyunları televiziyadan, qalanı isə stadionlardan izləyəcəyini bildirib.
Məlum olduğu kimi, belə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ucuz başa gəlmir. Lakin ölkə əhalisinin 75%-i hesab edir ki, Avropa Oyunlarının ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanıdır. Bu səbəbdən də rəyi soruşulanların əksəriyyəti müsabiqənin təşkilinə çəkiləcək xərclərin özünü doğrultduğu qənaətindədir. Cəmi 9% respondent bu fikri bölüşmür, çünki bunu bədxərclik hesab edir. 16% respondent isə bu sualı cavablandırmaqda çətinlık çəkib.
Respondentlərin 79%-i hesab edir ki, Oyunların keçirilməsi üçün infrastrukturun yaradılması idmanla məşğul olmaq imkanlarımızı artırmaqla yanaşı, həm də gələcəyə sərmayələrin qoyulması deməkdir, 5%-i isə bu rəyi bölüşmədiyini qeyd edib. 16% respondent bu suala cavab verməkdə çətinlik çəkib.
Bundan başqa, respondentlərə “Dünyada baş verənlər göstərir ki, biz informasiya müharibələri şəraitində yaşayırıq. Bu dövrdə istənilən fakt siyasi çalar alır, onun ətrafinda şayiələr dolaşmağa başlayır. Avropa oyunlarının Azərbaycanda keçirilməsi də istisna deyil. Bu tədbirin ətrafinda əsl informasiya savaşi gedir. Sizcə, Azərbaycan bu döyüşləri udur yoxsa uduzur?” sualı verilib. Əhalinin 67%-i hakimiyyətin bu savaşı udduğunu, cəmi 6%-i isə uduzduğunu qeyd edib. 27% respondent cavab verməkdə çətinlik çəkib.
Sorğu zamanı məlum olub ki, respondentlərin 83%-i 2017-ci il İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ideyasina müsbət və yalnız 9%-i mənfi münasibət bəsləyir. Daha 8% respondent cavab verməkdə çətinlik çəkib.
«Rəy» Monitorinq Mərkəzi tərəfindən ictimai rəy sorğusu 2015-ci il iyunun 13-dən 15-dək keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1500 respondent iştirak edib. Nisbi xəta 2,7% təşkil edir.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət