Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2015-ci ilin dekabr ayında Avropa İttifaqı ilə birgə Bakıda “Rəqəmli Vahid Bazar” mövzusundakonfrans təşkil edəcək. Bu barədə nazirlikdən məlumat verilib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ilə konfransın təşkili ilə bağlı məsələləri müzakirə edib.
Birgə konfrans “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində keçiriləcək.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığın təməlinin qoyulduğunu bildirən Ə.Abbasov münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu qeyd edib.
Nazir, həmçinin “Bakutel”in tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi və növbəti mərhələyə qədəm qoyması üçün böyük və əlverişli platforma yaratdığını vurğulayıb.
Öz növbəsində M.Mard məlumat verib ki, Avropa İttifaqının Brüsseldə yerləşən baş qərargahında keçirilən müzakirələrdən sonra sözügedən konfransın təşkili ilə bağlı son qərarları RYTN-in nəzərinə çatdıracaq.
O, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində iyunun əvvəllərində Lüksemburq şəhərində baş tutmuş “Rəqəmsal iqtisadiyyat mövzusunda “Şərq Tərəfdaşlığı” ölkələri üzrə nazirlərin I görüşü”nü xatırladaraq, bu görüşdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı “Bakutel 2015” çərçivəsində işçi qruplar tərəfindən müzakirələrin aparılmasının mümkünlüyünü diqqətə çatdırıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət