BP şirkəti “Azerbaijan-Georgia-Romania-Hungary Interconnection (AGRI)” layihəsinə “Cənub Qaz Dəhlizi”nin əlavə komponenti kimi baxmağı təklif edir. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) rəsmi saytında məlumat verilir.
Çərşənbə günü Buxarestdə AGRI layihəsinin iştirakçı dövlətlərinin energetika nazirlərinin iclasında həmin layihənin reallaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Görüş zamanı layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırılmasının yekun nəticələri və maliyyələşdirmə imkanları müzakirə olunub.
“İclas çərçivəsində BP şirkətinin “Cənub Qaz Dəhlizi” üzrə vitse-prezidenti Joe Murphy qeyd edib ki, AGRİ layihəsinə “Cənub Qaz Dəhlizi”nin əlavə komponenti kimi baxılmalıdır və bu layihənin effektiv şəkildə həyata keçirilməsi üçün iştirakçı dövlətlər arasında müvafiq hüquqi, texniki və iqtisadi sənədlərin hazırlanmasına ehtiyac duyulur”, - deyə məlumatda qeyd edilir.
Energetika naziri Natiq Əliyev AGRI layihəsinin iqtisadi və sosial əhəmiyyəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşrutlarının diversifikasiyasına verdiyi töhfə və həyata keçirilən enerji layihələrinə toxunub.
Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili ölkəsinin AGRI-nın həyata keçirilməsinə verdiyi önəm və dəstəyi vurğulayıb.
Böyük Britaniyanın “PENSPEN” şirkəti AGRI layihəsinin texniki-iqtisadi əsaslandırılmasına dair qısa təqdimat keçirib.
İclasın sonunda qəbul edilən Birgə Bəyannamədə AGRI layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunub. Görüşdə SOCAR-ın Rumıniyadakı fəaliyyətinə toxunulmuş, şirkətin Rumıniyaya qoyduğu investisiyanın Azərbaycan höküməti tərəfindən tam dəstəkləndiyi bildirilmişdir. Rumıniyanın enerji, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrei Dominic Gerea ölkəsində həyata keçirilən qaz layihələri barədə Azərbaycan nümayəndə heyətinə məlumat vermiş, Avropanın alternativ qaz layihələrinə ehtiyacı olduğunu vurğulamışdır. O, AGRİ layihəsi reallaşandan sonra Rumıniya ilə yanaşı gələcəkdə Bolqarıstan, Serbiya, Macarıstan və digər Şərqi Avropa və Balkan ölkələrinin Azərbaycan qazını idxal etmək imkanı əldə edəcəklərini bildirmişdir. Nazir SOCAR-ın Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirmiş və ölkəsinin iqtisadiyyatına yatırılan investisiya üçün Azərbaycan hökümətinə təşəkkür etmişdir. SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Şahdəniz-2” layihəsi ilə yanaşı hazırda “Abşeron”, “Ümid” və digər yataqlarda da işlərin davam etdirildiyini bildirmiş, bu yataqlardan hasil olunacaq qazın gələcəkdə yeni layihələrdə istifadə olunacağını qeyd etmişdir.
İyunun 24-də Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRİ) iştirakçı ölkələrinin energetika nazirlərinin iclası keçirilmişdir. İclasda layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırılmasının yekun nəticələri və maliyyələşdirmə imkanları müzakirə olunmuşdur. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev AGRİ layihəsinin iqtisadi və sosial əhəmiyyətindən bəhs etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşrutlarının diversifikasiyasına verdiyi töhfə və həyata keçirilən enerji layihələri barədə ətraflı söz açmışdır. Gürcüstan energetika nazirinin müavini xanım Mariam Valişvili ölkəsinin AGRİ-nin həyata keçirilməsinə verdiyi önəm və dəstək barəsində tədbir iştirakçılarına məlumat vermişdir. Böyük Britaniyanın “PENSPEN” şirkəti AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırılmasına dair qısa təqdimat keçirmişdir. BP şirkətinin Cənub Qaz Dəhlizi üzrə vitse-prezidenti Joe Murphy qeyd etmişdir ki, AGRİ layihəsinə Cənub Qaz Dəhlizinin əlavə komponenti kimi baxılmalıdır və bu layihənin effektiv şəkildə həyata keçirilməsi üçün iştirakçı dövlətlər arasında müvafiq hüquqi, texniki və iqtisadi sənədlərin hazırlanmasına ehtiyac duyulur.
İclasın sonunda qəbul edilən Birgə Bəyannamədə AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Cənub Qaz Dəhlizinin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olun
Azərbaycan nümayəndə heyətinin Rumıniyaya səfəri zamanı Rumıniyanın enerji, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrei Dominic Gerea ilə də görüş keçirilib.
Rumıniyalı nazir vurğulayıb ki, Avropanın alternativ qaz layihələrinə ehtiyacı var. O, AGRI layihəsi reallaşandan sonra Rumıniya ilə yanaşı, gələcəkdə Bolqarıstan, Serbiya, Macarıstan və digər Şərqi Avropa və Balkan ölkələrinin Azərbaycan qazını idxal etmək imkanı əldə edəcəklərini bildirib.
SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Şahdəniz-2” layihəsi ilə yanaşı, hazırda “Abşeron”, “Ümid” və digər yataqlarda da işlərin davam etdirildiyini bildirib, bu yataqlardan hasil olunacaq qazın gələcəkdə yeni layihələrdə istifadə olunacağını qeyd edib.
Xəbər verildiyi kimi, AGRI LNG Co. şirkəti 2011-ci ilin yanvarında təsis edilib. SOCAR, “Romgaz” (Rumıniya), “Georgian Oil and Gas Corporation” (GOGC) və MVM (Macarıstan) bu şirkətdə 25% paya malikdir. SOCAR AGRI-nın Direktorlar Şurasının sədridir.
AGRI layihəsi illik 8 mlrd. kubmetrə qədər maye qaz ixracını nəzərdə tutur. Birinci mərhələdə AGRI vasitəsilə 2 mlrd. kubmetr, ikinci və üçüncü mərhələlərdə isə 5 mlrd. kubmetrdən 8 mlrd. kubmetrə qədər qaz ixracı nəzərdə tutulur.
AGRI layihəsi çərçivəsində Konstansa və Kulevi limanlarında maye qaz terminallarının yaradılması nəzərdə tutulur. Bundan əlavə, Azərbaycandan təbii qazın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminallarda sıxılması, tankerlərlə Konstansa limanındakı terminala çatdırılması, daha sonra Rumıniya ərazisində mövcud qaz infrastrukturu vasitəsi ilə bu ölkənin və digər Avropa ölkələrinin tələbatının ödənilməsinə yönəldilməsi planlaşdırılır.
Gələcəkdə Azərbaycan qazını Avropa İttifaqı ölkələrinə ixrac etmək üçün Konstansadan Bolqarıstana və Macarıstana iki ayrı qaz kəmərinin çəkilməsi nəzərdə tutulur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət