“Bakı-2015” Azarkeşlər Evi öz işini başa çatdırdığını elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) məlumat verilib.
Azarkeşlər Evi 17 gün ərzində RİMM-in bazasında fəaliyyət göstərib. Bu vaxt ərzində onlarla ölkəni təmsil edən 10 mindən çox qonağı qəbul edib. Hər axşam qalibləri təbrik etmək üçün bura rusiyalı və azərbaycanlı idmançılar, idman veteranları gəliblər.
Azarkeşlər Evində işləyən könüllülər hər gün 12 saat qonaqlara Sovet, Rusiya və Azərbaycan idmanının tarixi və qəhrəmanları barədə məlumat veriblər. Bununla yanaşı, onlar idman formalarını geyinərək döyüş fəndləri nümayiş etdiriblər.
RİMM təmir işləri ilə əlaqədar olaraq qonaqları bir neçə gün qəbul etməyəcək.
“Bakı-2015” Azarkeşlər Evi faktiki olaraq öz işini başa çatdıraraq “Bakı-2015” Gənc Azarkeşlər məktəbinə çevriləcək.
Rusiya muzeylərindən gətirilmiş eksponatları azərbaycanlı olimpiyaçıların və beynəlxalq oyunlarda iştirak etmiş idmançıların şəxsi arxivlərindən götürülmüş eksponatlar əvəz edəcək. Bir sıra olimpiyaçılar, məsələn, cüdoçu Hazim Hüseynov RİMM-də azərbaycanlı məktəblilər və tələbələrlə görüşə dəvət ediliblər.
Yeni tədris ilindən RİMM-in məktəb və studiyalarında məşğələlər I Avropa Oyunlarının artıq hamıya tanış olan nişanı altında keçiriləcək, yeni il tamaşaları idmana həsr olunacaq.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəsi Valentin Denisov Azarkeşlər Evinin fəaliyyətinin yekununu şərh edərkən qeyd edib: “Bu, bizim Rusiya Olimpiya Komitəsi ilə xaricdə ilk layihəmizdir. Lakin mən əminəm ki, bu, sonuncu layihə olmayacaq. Bakıda keçən günlər bizim xalqlarımızın bir-birinə nə qədər yaxın olduğunu bir daha nümayiş etdirdi”.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət