“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sistemi üçün proqnozu “sabit”dən “mənfi”yə dəyişib. Bu barədə agentliyin məlumatında qeyd edilir.
“Moody`s” tərəfindən hazırlanmış bank sistemi icmalına əsasən, proqnozun dəyişməsi dünyada neftin qiymətlərinin azalması və manatın devalvasiyasının (2015-ci ilin fevral ayında 33,5% - İF-Az) əməliyyat mühitinə, Azərbaycanda bankların aktivlərinin keyfiyyətinə, onların kapitalına, mənfəətliliyə və fondlaşdırılmaya təsirini əks etdirir.
“Moody`s”in proqnozu agentliyin analitiklərinin növbəti 12-18 ay ərzində respublikanın bank sektorunun perspektivləri haqqında rəyini əks etdirir.
Agentlik 2015-ci ilin sonuna ümumi kredit portfelində problemli kreditlərin xüsusi çəkisinin 2014-cü ilin yekunları üzrə 11,4%-dən 15%-ə qədər artacağını gözləyir.
Bundan başqa, agentliyin qiymətləndirmələrinə görə, devalvasiyadan sonra xarici valyutada aktivlərin təkrar qiymətləndirilməsi ilə əlaqədar ölkədə bankların kapitalının adekvatlığı 2 faiz bəndi azala bilər (2015-ci il martın 31-nə Azərbaycan Mərkəzi Bankı bankların kapitalının adekvatlığını 12% minimal tələbə qarşı 17,3% səviyyəsində qiymətləndirib).
Agentliyin ekspertlərinin proqnozlarına əsasən, 2015-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 1%-ə qədər ləngiyəcək, 2016-cı ildə iqtisadi artım təxminən 1,7% sürətlənəcək.
A. Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət