Dövlət Sərhəd Xidməti (DSX) iyun ayında dəniz yolu ilə ölkəyə qaçaqmal gətirməyə cəhd göstərmiş cinayətkar qrupları zərərsizləşdirib. Bu barədə çərşənbə axşamı DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Belə ki, 19 iyun tarixində “Müqtədir” sahil nəzarət məntəqəsinin xidməti sahəsindən Rusiyadan dəniz yolu ilə qayıqla qaçaqmalın gətiriləcəyi barədə əldə olunmuş məlumata əsasən, sahilboyu ərazi qapanıb, sərhəd gözətçigəmisi vasitəsilə ərazi müşahidə altına götürülüb. Keçirilmiş tədbirlər nəticəsində 20 iyun tarixində saat 01:00 radələrində mühərrikli qayıqla 804 kq nərə cinsli və 7 kq hisə verilmiş balıq, 2,4 kq qara kürü gətirmiş 8 nəfərdən ibarət qrup saxlanılıb.
29 iyun tarixində saat 09:30 radələrində DSX Sahil Mühafizəsinin “Balıqçılar” sahil nəzarət məntəqəsinin xidməti sahəsində dənizdən qayıdan balıqçı qayığının sənədləşdirilməsi zamanı 2 nəfərdən ibarət heyət üzvünün hərəkətləri sərhəd naryadında şübhə doğurduğu üçün qayığa əsaslı baxış keçirilib,qayığın burun və orta hissələrində xüsusi düzəldilmiş gizli saxlanc yerləri aşkarlanıb. Gizli yerlərə baxış zamanı 36 ədəd bağlamada ümumi çəkisi 1,55 kq narkotik maddə olan qurudulmuş marixuana, 4,6 min qutu “Kent”, 2 min qutu “MM” markalı siqaretləri, 5,97 min konvalyut “Altram-200”adlı dərman preparatı, 15 ədəd “Samsung-Galaxy” markalı mobil telefon aşkar olunaraq götürülüb. İlkin araşdırma zamanı qaçaqmalın şəbəkə qrup tərəfindən dəniz yolu ilə İrandan gətirildiyi müəyyən edilib.
Hər iki fakt üzrə DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət