Dövlət Toxum Fondunun (DTF) fəaliyyəti Azərbaycanın bütün regionlarını yüksək məhsuldarlığa malik toxumla təmin edəcək. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə söyləyib.
“İstehsalçıların elit toxum növləri ilə təmin edilməsi kənd təsərrüfatına dövlət dəstəyinin vacib istiqamətidir. Bunun üçün ölkə rəhbərliyi tərəfindən DTF-nin yaradılması barədə qərar qəbul edilib. Bu strukturun fəaliyyəti ölkənin bütün regionlarını onların təbii iqlim şəraitinə uyğun çox məhsuldar toxum növləri ilə təmin etməkdən ibarətdir”,- deyə H.Əsədov bildirib.
O qeyd edib ki, əvvəlki kimi yeni texnologiyaların tətbiqinin sürətləndirilməsi və fermelerlərin texnika və mineral gübrələrlə tam təmin edilməsi kənd təsərrüfatının müasirləşdirilməsi proseslərinə dövlət yardımının prioritet istiqaməti olaraq qalır.
“Resurs bazasının genişləndirilməsi həm də bitkiçilikdə məhsuldarlığın artmasına kömək etməlidir, son illər qəbul edilmiş vacib tədbirlərə baxmayaraq, hələ ki, bütün problemlərin həllinə nail olmaq mümkün olmayıb. Heyvandarlıq sahəsində məhsuldarlığın yaxşılaşmasına (xüsusilə cins mal-qaranın payının artırılması vasitəsi ilə) yönəlmiş layihələrə texniki və maliyyə yardımının göstərilməsi lazımdır”, - deyə H.Əsədov bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ilin may ayında DTF-nin yaradılması haqqında sərəncam imzalayıb. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinə 10 mln. manat vəsait ayrılıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət