“TuranBank”ın müştəriləri kreditlərini eManat terminalları vasitəsi ilə ödəyə biləcəklər. Bu barədə bankın məlumatında bildirilir.
“TuranBank və “Modenis” MMC arasında bağlanmış müqavilə çərçivəsində bankın müştəriləri nağd və kart kreditləri üzrə ödənişlərini Azərbaycanın bir çox şəhər və qəsəbələrində yerləşdirilmiş və sayı 1200-ü keçən eManat ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər. Terminallar vasitəsilə kredit ödənişi sürətlə həyata keçirilir və istifadə qaydaları kifayət qədər sadədir. Müştərilər İD nömrəsini daxil edib ödənişlərini həftənin bütün günləri, günün 24 saatı ərzində həyata keçirə bilərlər. Ödənişlər üçün istifadəçilərdən komissiya haqqı tutulmur”, - deyə məlumatda qeyd edilir.
Bununla yanaşı, terminallar vasitəsilə bankın müştəriləri özlərinə məxsus debet kartlarının hesabına vəsait yatırmaq imkanı da qazanıblar. Bunun üçün onlar müştəri nömrəsini və “TuranBank”dan aldıqları debet kartın son dörd rəqəmini daxil etməlidirlər.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Bankın təsisçiləri 6 hüquqi və 22 fiziki şəxsdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət