“Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleq qitə əhəmiyyətli bu idman tədbirinin ictimaiyyət arasında populyarlıq qazanmasına verdikləri töhfələrə görə oyunların ulduz səfirlərinə təşəkkürünü bildirib.
“ I Avropa Oyunlarının təbliğ edilməsində aktiv fəaliyyətinə görə bütün ulduz səfirlərə təşəkkürümü bildirirəm. Sizin səyləriniz nəticəsində Avropa Oyunlarının məşəlinin bütün marşrutlarında vətəndaşların marağı əhəmiyyətli dərəcədə artdı, eləcə də idman yarışlarında tamaşaçı iştirakının səviyyəsi yüksək oldu”, - deyə S.Kleq çərşənbə günü Avropa Oyunlarının ulduz səfirlərinin missiyasının başa çatmasına həsr olunmuş tədbirdə çıxışı zamanı qeyd edib.
O, həmçinin oyunlara hazırlıq üçün ayrılmış 30 ay müddətində gərgin işləmiş çoxlu sayda insanın əməyini də yüksək qiymətləndirib.
“I Avropa Oyunları başa çatıb, oyunların keçirilməsində BEGOC-un rolunu, eləcə də infrastruktur və nəqliyyat məsələlərinin həllini az adam xatırlayacaq. Avropa Oyunları azərbaycanlı idmançıların göstərdikləri yüksək nəticələrə görə insanların yaddaşında qalacaq”,- deyə S.Kleq qeyd edib.
Onun sözlərinə görə, Avropa Oyunları Avropa idmanı tarixində xüsusi yer tutur.
“Siz Azərbaycan xalqına və Avropa Oyunlarına böyük xidmətlər göstərmisiniz”, - deyə BEGOC-un korporativ direktoru Elçin Səfərov ulduz səfirlərə müraciətində bildirib.
Onun sözlərinə görə, ulduz səfirlərin namizədliklərinin seçimi tanınmış şəxslərin geniş ictimaiyyət arasında populyarlıq dərəcəsinə əsasən aparılıb.
“Bu gün heç kim əməyimizin bəhrə verməsindən şübhə etmir. Biz planlaşdırdığımız bütün məqsədlərə nail olduq”,- deyə E.Səfərov qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət