Azərbaycan Prezident Administrasiyasında ölkənin bəzi turizm obyektlərində etik normalara riayət olunmamasından narazıdırlar və bununla əlaqədar “Etika” Akademiyasının işinə əhəmiyyət verirlər.
Çərşənbə günü Bakıda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində “Etika” Akademiyasının təşkil etdiyi “Etika Forumu - Bakı-2015” keçirilir.
“Bu forum ciddi əhəmiyyət kəsb edir. Ümid edirəm ki, forum turizm, QHT, müxtəlif KİV sahəsində kadrlarımızın etik davranış qaydalarını mənimsəməsinə yardım edəcək . Əminəm ki, forumun yekunları üzrə ciddi nəticələr görəcəyik”, - deyə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Vüsal Quliyev bəyan edib.
O qeyd edib ki, forumun sadəcə paytaxtı deyil, bütün Azərbaycanı əhatə etməsini istərdi.
“Bu forumun yalnız Bakı ilə məhdudlaşmamasını, gələcəkdə regionlarımızda keçirilməsini istərdim. Regionlrda yaxşı infrastrukturumuz var, turizm obyektlərində yaxşı şərait yaradılıb. Lakin oradakı kadrların müəyyən davranışları bizi qane etmir. Kadr hazırlığının ən yüksək səviyyədə olmasını istərdik”, - deyə V.Quliyev vurğulayıb.
Onun sözlərinə görə, bu, yalnız “Etika” Akademiyasinin işi deyil. Müxtəlif strukturlar və kommersiya təşkilatları da bu məsələdə gənclərə dəstək olmalıdırlar.
Öz növbəsində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, bu günlərdə başa çatan Birinci Avropa Oyunları zamanı etik davranış nümunəsi nümayiş etdirilib. Bu Oyunlar zamanı Azərbaycan tarixinə və milli mentalitetinə əsaslanan dəyərlərini bütün dünyaya göstərdi.
“Avropa Oyunlarından söz açmışkən, bu Oyunları izləyərkən çox təəssüf ki, bu oyunların kənarında olan fikirləri də izlədik. Bu Oyunlar haqqında söylənilən doğru olmayan fikirləri eşitdikdə, şəxsən məndə təəssüf hissi yarandı. Əsas odur ki, hər hərəkətimizdə etik davranışı əsas meyara çevirək və ona riayət edək”, - deyə o qeyd edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət