Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xalq teatrlarının festivalı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Festival günlərində Babək Rayon Xalq Teatrı görkəmli dramaturq Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı, Şərur Rayon Xalq Teatrı Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanmış “Yuxu” tamaşasını, Şahbuz Rayon Xalq Teatrı isə Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasını nümayiş etdiriblər. Həvəskar aktyorların ifasında təqdim edilmiş tamaşalar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında festivalın bağlanış mərasimində qeyd edilib ki, muxtar respublikada xalq teatrlarının inkişafına böyük diqqət yetirilir. Bildirilib ki, belə festivalların keçirilməsi insanların mədəni asudə vaxtının təşkilinə və istedadlı insanların aşkarlanmasına xidmət edir.
“Muxtar respublikada xalq teatrlarının festivalı ikinci dəfə keçirilir. Belə festivallar xalq teatrlarının tamaşaçılar qarşısında bir növ yaradıcılıq hesabatı sayılır və eyni zamanda onlara geniş auditoriya qarşısında imkanlarını nümayiş etdirməyə şərait yaradılır”, - deyə Azərbaycanın xalq artisti, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Kamran Quliyev regional büroya bildirib. Onun sözlərinə görə, festival xalq teatrlarının truppalarında peşəkar ustalığın artdığını nümayiş etdirib.
“Ötənilki festivalla müqayisədə biz səhnə üçün seçilmiş əsərlərin janrlarında müxtəliflik müşahidə etdik. Bütün tamaşalar maraqlı rejissor işi ilə fərqlənirdi, aktyorların oyunu da diqqət çəkdi. Vacib məqamdır ki, belə festivallar istedadlı insanların, o cümlədən gənc aktyorların aşkarlanmasına, onların peşəkar səhnəyə cəlb edilməsinə xidmət edəcək”,- deyə K.Quliyev qeyd edib.
Festivalda birinci yeri Babək Rayon Xalq Teatrı, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Şərur və Şahbuz rayonlarının xalq teatrları tutub.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət