“Audatex Azerbaycan” şirkəti 2015-ci il oktyabrın 1-dən fəaliyyətə başlayacaq. Bu barədə cümə axşamı jurnalistlərə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev məlumat verib.
“Şirkət iyulun 1-dən fəaliyyətə başlamalı idi. Lakin bu, bir sıra səbəblərdən təxirə salınıb və şirkət oktyabrın 1-dən fəaliyyətə başlayacaq. Şirkət özünün proqram təminatının lokallaşdırılması üzrə işi və rəsmi avtodilerlərlə danışıqları davam etdirir”, - deyə E.Quliyev bildirib.
“Audatex”in proqram təminatının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək. Bunun başlıca üstünlüyü odur ki, zərərlər Azərbaycanda bütün sığorta şirkətləri tərəfindən eyni sistem vasitəsilə qiymətləndiriləcək.
“Audatex” şirkəti avtonəqliyyat vasitələrinin bərpa təmirinin dəyərinin hesablanması üçün proqram təminatının hazırlanması sahəsində dünya lideridir.
İcbari Sığorta Bürosu “İcbarı sığortalar haqqında” qanunun tətbiqi çərçivəsində yaradılıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət