“VTB Bank (Azerbaijan)” hesab.az elektron ödəniş sisteminə qoşulub. Bu barədə bankdan məlumat verilib.
“Bankın müştəriləri kredit borclarını www.hesab.az portalı vasitəsi ilə onlayn-rejimdə ödəyə biləcək. Bunun üçün portalda “Banklar, foreks və lizinq” bölməsinə keçib maliyyə təşkilatları arasında “VTB Bank (Azerbaijan)”ı seçmək və müvafiq ödənişi etmək lazımdır. Müştəri borcunu PİN-kod, kredit və ya kartın nömrəsindən istifadə edərək qaytara bilər. Hazırda hesab.az portalında yalnız manatla olan kreditləri ödəmək mümkündür”, - deyə məlumatda qeyd edilir.
Ödənişləri həftənin 7 günü, 24 saat fasiləsiz etmək olar. Saat 17:00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə ödənilmiş hesab olunacaq.
“Müştərilərin rahatlığını təmin etmək bizim bank üçün vacibdir. Bu məqsədlə biz məsafəli bank xidmətlərinin tətbiqini davam etdiririk. Biz müştərilərimizə alternativ kredit ödənişi kanallarını təklif edirik: artıq müştərilər e-pul.az və hesab.az elektron ödəniş sistemlərindən, eləcə də “MilliÖn” və “E-manat” terminallarından istifadə edə bilər. Beləliklə, biz müştərilərimizə ən rahat ödəniş kanalını seçməyə imkan veririk”, - deyə məlumatda bankın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Tural Vəliyevə istinadən bildirilir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət