Fransanın "ENGİE" və "Eiffage" şirkətləri Azərbaycanın Energetika Nazirliyinə alternativ enerji istehsalı sahəsində əməkdaşlıq təklif ediblər. Bu barədə nazirlikdən məlumat verilib.
Təkliflər şirkətlərin nümayəndləri tərəfindən Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyətinin Energetika Nazirliyində görüşü zamanı səsləndirilib.
Energetika nazirinin müavini Gülməmməd Cavadov alternativ enerji istehsalı sahəsində Fransanın təcrübəsindən bəhrələnməyə ehtiyac olduğunu bildirib.
M.Fekl Azərbaycanla enerji əməkdaşlığının neft hasilatı, geoloji kəşfiyyat, neft-kimya, qaz sənayesi kimi sahələri əhatə etdiyini qeyd edib. O xatırladıb ki, iki dövlət arasında ticarət dövriyyəsinin 85%-i məhz enerji sektorunun payına düşür.
“Abşeron” yatağında “Total” şirkətinin fəaliyyətinə toxunan M.Fekl qaz layihələrinə Fransanın maliyyə dəstəyi göstərməyə hazır olduğunu bəyan edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət