Azərbaycan və Meksika arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalana bilər. Bu barədə Azərbaycanın Energetika Nazirliyinin məlumatında bildirilir.
Energetika naziri Natiq Əliyevlə Meksikanın Bakıdakı səfiri Xuan Rodriqo Labardini Flores arasında keçirilmiş görüşdə energetika sahəsində əməkdaşlığa dair memorandumun imzalanmasının vacibliyi qeyd edilib.
N.Əliyev söyləyib ki, hər iki ölkənin dənizin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatı və hasilatı sahəsində böyük təcrübəsi var və bu sahədə təcrübə mübadiləsinin aparılması vacibdir.
O, alternativ, o cümlədən geotermal enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.
Meksika səfiri isə bildirib ki, energetika sahəsində əməkdaşlıq iki ölkə arasında ticarət dövriyyəsinin artmasında mühüm rol oynaya bilər. Hazırda Azərbaycan və Meksika arasında ticarət dövriyyəsi $2 mln. səviyyəsindədir.
A. Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət