Azərbaycan “National Geographic Traveler Awards 2015” müsabiqəsində iştirak edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müsabiqə “National Geographic” jurnalı tərəfindən təşkil olunub.
Müsabiqə onlayn sorğu formatında keçirilir. Beləliklə, ən məşhur istirahət növləri üzrə ilin ən yaxşı turist marşrutları müəyyən olunacaq.
Sorğu 29 iyun-15 oktyabr tarixləri arasında "Çimərlik səyahəti", "Ailəvi səyahət", "Dağ-xizək səyahəti", "Ekskursiya səyahəti", "Kənd turizmi səyahəti", "Sağlamlıq səyahəti", "Eko-səyahət", "Macəra səyahəti", "İlin açılış səyahəti", "Mətbəx turizmi səyahəti" və "Ekzotik turizm səyahəti" nominasiyaları üzrə keçirilir.
Bundan başqa, iştirakçılar "Ən yaxşı xarici hava yolu şirkəti", "Ən yaxşı otellər şəbəkəsi", "Ən yaxşı çimərlik oteli", "Ən yaxşı internet-servis" və "Ən yaxşı səyahət proqramı" adı uğrunda mübarizə aparacaqlar.
Hər il keçirilən müsabiqə səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, eləcə də yeni səyahət marşrutlarının yaranmasına şərait yaradır.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət