Bazar ertəsi Lənkəran rayonunda Koreya filmləri festivalının açılışı olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
İyulun 19-dək davam edəcək kinofestival Koreya Fondu və Koreyanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyası tərəfindən keçirilir.
Öncə Koreya səfiri Çoi Suk-in, SEBA yanında Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva, SEBA-nın şöbə müdiri İradə Nəcəfova və rayon İcra Hakimiyyəti başçısının müavinləri İlqar Dadaşov görüş keçiriblər. İcra başçısının birinci müavini İlqar Dadaşov qonağa Lənkəran rayonunun sosial-iqtisadi inkişafı barədə məlumat verib.
“Sizin iqlim Cənubi Koreyanın iqliminə bənzəyir, orada qara düyü becərilir. Yerli fermerlər mənə həmin düyünü burada becərməyi təklif etdilər, çünki bunun üçün iqlim münasibdir”, - deyə səfir bildirib.
“Lənkəran mənim gözləntilərimi üstələdi. Burada dəniz, dağlar, təbiət gözəldir. Ümid edirəm ki, kinofestivalda filmlərə baxdıqdan sonra Lənkəran sakinləri Koreya xalqının mədəniyyəti ilə yaxından tanış olacaqlar və düşünürəm ki, bu,Koreya ilə Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanın başlanğıcıdır”, - deyə deyə Çoi Suk-in jurnalistlərlə təəssüratlarını bölüşüb.
Koreya filmləri festivalı 6-12 iyul tarixlərində Gəncədə keçirilib, 13-19 iyul tarixlərində Lənkəranda keçirilir, 20-29 iyul tarixlərində Sumqayıtda, 31 iyul-6 avqust tarixlərində Ağdaşda, 7-15 avqust tarixlərində Qəbələdə keçiriləcək.
G.Qənbərova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət