SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın “Qazprom” şirkətindən alınmış qazın AzMeCo zavoduna tədarükünü təmin edəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Biz müqavilə imzalamışıq və bu qazı bizim qaz kəmərlərimiz vasitəsi ilə metanol zavoduna çatdırmaq barədə öhdəlik götürmüşük”, - deyə R.Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırıb.
AzMeCo-nun ölkə daxilindən qaz almamasının səbəbini izah edən R.Abdullayev bildirib ki, SOCAR-ın zavodla uzunmüddətli müqaviləsi yoxdur. “Metanol zavodu bizimlə uzunmüddətli müqavilə imzalamayıb, buna görə bizdə onlar üçün resurs yoxdur. Bu, zavodun öz günahıdır. Adətən əvvəlcə müqavilə imzalanır, sonra zavod tikilir. Onlar əksinə, zavodu tikib sonra qazı haradan almaq barədə düşünüblər”,- deyə R. Abdullayev qeyd edib.
Onun sözlərinə görə, SOCAR zavodun “Qazprom”dan qaz alması faktını normal qarşılayır.
“Qazprom” bizimlə məsləhətləşəndə biz zavodun onlardan qaz almasına etiraz etmədik. Bu, normal haldır. Burada heç bir problem yoxdur”,- deyə R.Abdullayev bildirib.
O qeyd edib ki, Azərbaycanın qaza ehtiyacı yoxdur. “Biz bütün müqavilələr üzrə öhdəliklərimizi yerinə yetiririk”, - deyə R.Abdullayev bildirib.
AzMeCo mənzil qərargahı Azərbaycanda yerləşən, Rusiya, Niderland, Özbəkistan, Əfqanıstan və Türkiyədə fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət bütün beynəlxalq standartlarla sertifikatlaşdırılmış Metanol zavodunun Azərbaycanda yeganə mülkiyyətçisidir. AzMeCo zavodun tikintisinə $500 mln.-a yaxın investisiya yatırıb. Qeyri-rəsmi qiymətləndirmələrə görə, hər il zavoda 600 mln. kubmetr qaz lazımdır. “Qazprom”un rəhbəri Aleksey Miller iyun ayında bildirib ki, Azərbaycan şirkətdən qaz tədarük etməyi xahiş edib. “Azərbaycanın iqtisadiyyatı böyüyür, daxili tələbat artır. Söhbət ildə bir neçə milyard kubmetr qaz həcmində orta və uzunmmüddətli müqavilə əsasında tədarükün başlamasından gedir. Bu ilin sonuna qədər tədarük başlaya bilər”,- deyə o əlavə edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət