İranın nüvə proqramı ilə bağlı Qərblə münasibətlərində gərginlik aradan qaldırıldıqdan və sanksiyalar ləğv edildikdən sonra o, öz səylərini regionda təhlükəsizliyin yüksəldilməsinə yönəltmək niyyətindədir. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bəyan edib.
“Bir gün əvvəl əldə olunmuş uğur (“altılıq”la nüvə proqramına dair danışıqlarda - İF-Az) həm İranın, həm də onun uğurlarına sevinən hər kəsin qələbəsidir. Bu qələbə qonşu ölkələrlə münasibətlərin inkişafına təkan verəcək. Biz güclü və qüdrətli ölkəyik və səylərimizi regionun təhlükəsizliyinə yönəldəcəyik”, - deyə M.Pakayin çərşənbə günü Bakıda mətbuat konfransında çıxışı zamanı bildirib.
Diplomat qeyd edib ki, İran və Qərb arasında nüvə proqramı üzrə əldə edilmiş saziş göstərir ki, İranın nüvə silahı əldə etmək niyyəti olmayıb.
“İran sübut etdi ki, o, heç bir zaman nüvə silahı əldə etmək fikrində olmayıb. Bizim ali dini liderimiz nüvə silahının haram olması barədə fətva verib. Bizim danışıqlarımızın məqsədi işlərimizi davam etdirmək idi. İkinci məqsədimiz də İranın üzərindən sanksiyaları götürmək idi ki, biz buna nail olduq”,- deyə M.Pakayin qeyd edib.
Onun sözlərinə görə, danışıqlar zamanı Qərb anladı ki, İranla təhdid dilində danışmaq olmaz.
Diplomat bildirib ki, hazırda dünya və regionda terrorçuluqla bağlı ciddi problemlər mövcuddur.
“Hesab edirəm ki, gələcəkdə terrorçuluqla mübarizədə daha nəzərə çarpan nəticələr əldə ediləcək”, - deyə səfir qeyd edib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət