“Azərbaycan Dəmir Yolları” QSC və İsveçrənin "Stadler Rail Group" şirkəti elektrik qatarlarına texniki xidmətin təşkili məqsədilə birgə müəssisə yaratmağı planlaşdırırlar. Bu barədə QSC-dən məlumat verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpuler Bakıda keçirilən görüşdə birgə müəssisənin yaradılması perspektivlərini müzakirə ediblər.
Məlumatda qeyd olunur ki, QSC tərəfindən Bakı-Sumqayıt xəttində istifadə üçün alınmış KİSS markalı ikimərtəbəli elektrik qatarlarına texniki xidmətin təşkili üçün birgə müəssisənin yaradılması planlaşdırılır.
Bundan başqa, görüşdə 30 ədəd yataq tipli sərnişin vaqonunun alınmasının maliyyə məsələləri müzakirə olunub.
Məlumatda bildirilir ki, KİSS markalı ikimərtəbəli elektrik qatarları 15 sentyabr 2015-ci il tarixində əsaslı təmirdən sonra istismara veriləcək Bakı-Xırdalan-Sumqayıt xəttində istifadə ediləcək.
Xəbər verildiyi kimi, "Azərbaycan Dəmir Yolları" QSC 2015-ci ilin may ayında İsveçrənin "Stadler Rail Group" şirkətindən 2 ədəd KİSS markalı ikimərtəbəli sərnişin qatarı alıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət