Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Bu gün milli mətbuatın yaranmasının 140 illik yubileyini qeyd edirik. 22 iyul – ölkəmizin siyasi həyatında bir də onunla əlamətdardır ki, ümummilli liderimiz Heydər Əliyev 25 il bundan əvvəl - 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana gələrək buradan öz xilaskarlıq missiyasına başlayıb. Xalqımız üçün son dərəcə ağır olan 1990-1993-cü illərdə ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanın xilası naminə mühüm tədbirlər görülmüş, mətbuat xüsusi qayğı ilə əhatə olunmuş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur”, - deyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün də ölkəmizdə mətbuatın inkişafına, söz, fikir və məlumat azadlığının təmin olunmasına xüsusi diqqət yetirilir. Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamı mətbuata dövlət dəstəyinin daha bir ifadəsidir.
Ümumbəşəri dəyərləri, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülür.
“Ölkəmizin mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirən Naxçıvan mətbuatı da özünün inkişaf dövrünü yaşayır. Muxtar respublikanın şəhər və rayonlarının yüksək poliqrafik keyfiyyətlə çap olunan, dövriliyi təmin edilən və müasir iş şəraiti yaradılan mətbuat orqanları vardır”,- deyə o qeyd edib.
Ali Məclisin sədri yaradılan şəraitin, mətbuatın inkişafına dövlət tərəfindən göstərilən qayğının qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayıb: “Çalışıb ona nail olmalıyıq ki, mətbuatın yaradıcı gücü ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın inkişafına yönəlsin. Hər bir kütləvi informasiya vasitəsi bugünkü həyatımızın salnaməçisinə çevrilməlidir. Mətbuat işçiləri tarixi-mədəni irsimizin, milli dəyərlərimizin təbliğatçısı olmalı, maarifçilik işi gücləndirilməlidir. Qəzet səhifələrində gənc nəslin milli mənlik şüurunun inkişafına xidmət edən yazılara üstünlük verilməlidir. “Əkinçi” qəzetinin əsas prinsipləri olan maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği və hadisələrin obyektiv işıqlandırılması bu gün də rəhbər tutulmalı, mətbuat vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməlidir.
V.Talıbov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
“Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Məmmədrza Ələsgərov, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək Naxçıvan Muxtar Respublikasında mətbuatın qayğı ilə əhatə olunduğunu qeyd ediblər.
Tədbirdə bir qrup jurnalistə “Tərəqqi” medalı, “Azərbaycan Respublikasının əməkdar jurnalisti”, “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi”, “Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalist”i fəxri adları, Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanının vəsiqə və döş nişanları təqdim edilib.
Təltif olunanlardan Şəhla Nəbiyeva, Qahirə Hüseynova, Təhminə Babayeva, Mehriban Sultanova və Sərxan İsmayılov qeyd ediblər ki, bu gün milli mətbuatın 140 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi müstəqil Azərbaycanda azad sözə, mətbuatın inkişafına göstərilən qayğının daha bir ifadəsidir.
Q. Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət